12.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər Kitabxana filialı 11.10 2022-ci il tarixində "Gəncədə erməni terrorunun izləri" başlığı altında ekskursiya təşkil etmişdir.
Təşkil olunan ekskursiyada İsmət Qayıbov adına 1saylı tam orta məktəbin şagird və müəllim kollektivi , kitabxananın fəal oxucuları iştirak edirdilər.
Tədbir haqqında ətraflı məlumat verən kitabxananın böyük kitabxanaçısı Xəyalə Ismayılova 11 oktyabr 2020 ci il tarixində Gəncə şəhərinin erməni vandalları tərəfindən üçüncü dəfə atdıqları balestik raket nəticəsində şəhid olmuş dinc sakinlərin xatirəsini ehtiramla yad edilməsi ilə başladı və bildirdi ki, Qarabağdan ən uzaq məsafədə yerləşən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə atbdıqları raket zamanı 16 dinc əhali şəhid olub 55 nəfər yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayiş binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Ekskursiya zamanı o dehşetleri yaşayan sakinlər öz təəsuratlarını usaqlarla bölüşdülər. O dağıntıları gören uşaqlar bu hadisələrdən təsirlənərək bildirdilər ki, bir daha belə dəhşətləri yaşamayaq. Tədbirin sonunda usaqlar şəhidlərlə bağlı şeirlər söyləndilər və xatirə şekili çəkildi.